Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən tanınmış şair, ictimai xadim Əli Tudənin 100 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, “Əli Tudə - 100” adlı virtual sərgidə dövri mətbuat səhifələrində tanınmış şair barədə dərc olunan məqalələr, müəllifi olduğu və haqqında yazılan kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Eli_Tude_100/index.htm linkindən istifadə edə bilərlər.