Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2024-cü il Gənclər üçün Prezident mükafatı verilib. Həmin gənclərdən 4-ü Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunudur
Qeyd olunub ki, Gülnar Abdullayeva 2016-cı ildə BDU-nun Biologiya fakültəsini, Ulucay Məmmədov 2019-cu ildə Jurnalistika fakültəsini, Fatimə Məmmədova 2023-cü ildə Mexanika-riyaziyyat fakültəsini bitirib. Pərviz Mirələmli isə hazırda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura təhsili alır.