Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu keçirilib.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, forumda BDU-nun Tələbə Gənclər Təşkilatı (TGT) 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində fəal iştirakına görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.