Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın X. Dosmuxamedov adına Atırau Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru Elçin Babayev və X. Dosmuxamedov adına Atırau Dövlət Universitetinin rektoru Salamat İdrissov imzalayıb.
BDU-dan bildirilib ki, memorandum çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1950-ci ildə qoyulmuş Atırau Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.