Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 51 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr edilir.
Sertfikasiyaya cəlb olunan müəllimlərin əmək haqqı bölgüsü təhsilverənlər tərəfindən narazılığa səbəb olub. Belə ki, onlar bu bölgünü ədalətsiz olduğunu deyirlər. Həmçinin sertifikasiyadan keçən müəllimlərin əmək haqqı bölgüsü ilə bağlı müxtəlif təkliflər Milli Məclisdə də müzakirə olunub.
Maraqlıdır, bu il əmək haqqı bölgüsü ilə bağlı yeni qərar qəbul edilə bilərmi
Mövzu ilə bağlı Təhsil Portalı olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.