Martın 4-də Bakı Slavyan Universitetində (BSU) "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun ilk təsis iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini diqqətə çatdıraraq bu ilin əhəmiyyətindən söz açıb. Rektor ölkəmizin məhz bu kontekstdən çıxış edərək təkcə Azərbaycanda deyil, daha geniş formatda, qlobal səviyyədə dünyada ətraf mühitin qorunması, yaşıl dünyanın təşviqi kimi məsələlərə dəstək verdiyini bildirib. O, bu il dünyanın ən mötəbər tədbirlərindən birinin-COP 29-un Azərbaycanda keçirilməsinin ölkəmizin qlobal səviyyədə beynəlxalq proseslərə qoşulması, o cümlədən də planetimizin qorunması istiqamətində olan beynəlxalq səviyyədəki fəaliyyətinin dünyada hansı səviyyədə dəstəkləndiyinin sübutu olduğunu bildirib. A. Nağıyev 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin BSU-nun qarşısında da müvafiq vəzifələr qoyduğunu qeyd edib. Rektor bununla bağlı BSU-nun təsdiq etdiyi Fəaliyyət Planına uyğun olaraq il ərzində müxtəlif səpkili tədbirlər, aksiyalar, elmi konfranslar vasitəsi ilə universitetin bu proseslərə öz töhfəsini verəcəyini vurğulayıb. Bu proseslərdə gənclərin, xüsusilə könüllülərin mühüm rolu olduğunu nəzərə çatdıran A. Nağıyev Fəaliyyət Planına uyğun olaraq təşkilatlanma işi kimi universitetdaxili könüllü təşkilatın- “Yaşıl dünya naminə BSU Könüllüləri” Təşkilatının yaradılmasından söz açıb. O, bu təşkilatın yaradılmasının məqsədinin tələbələrin universitet daxilində, Nəsimi rayonu ərazisində, eyni zamanda daha geniş kontekstdə həm könüllük ideyasını, həm də “Yaşıl dünya naminə” fəaliyyəti dəstəkləməkdən ibarət olduduğunu bildirib. Rektor bu təşkilatın növbəti illərdə də universitetin ən innovativ ideyalarını üzə çıxaran mərkəzə çevriləcəyinə əminliyini ifadə edib.
BSU-nun Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva-Koşkun “Yaşıl dünya naminəBSU Könüllüləri” Təşkilatının təşkilati məsələləri ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda açıq səsvermə yolu ilə təşkilatın idarə heyətinin sədri və üzvləri seçilib.