Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
AzMİU-dan "TehsilMedia.az”a bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.