SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Toğrul Əzizli təqaüdlə ABŞ-nin bir neçə universitetinin magistratura və doktorantura səviyyəsinə qəbul olub.
Bu barədə "TehsilMedia.az"a ali məktəbdən bildirilib.
BANM tələbəsinin müraciətinə müsbət cavab verən universitetlər bunlardır:
1. Cincinnati Universiteti (Ohayo ştatı) –Kimya mühəndisliyi üzrə Magistratura proqramı (Qismən maliyyələşdirmə)
2. Hyuston Universiteti (Texas ştatı) – Kimya mühəndisliyi üzrə Doktorantura proqramı (Tam təqaüd)
3. Missuri Elm və Texnologiya Universiteti (Missuri ştatı) – Kimya mühəndisliyi üzrə Doktorantura proqramı
4. Tuleyn Universiteti (Luiziana ştatı) – Kimya və biomolekulyar mühəndislik üzrə Doktorantura proqramı (Tam təqaüd)
5. Arizona Universiteti (Arizona ştatı) – Kimya mühəndisliyi üzrə Doktorantura proqramı (Tam təqaüd)
BANM tələbəsinin seçimi Tuleyn Universitetidir. Onun bu təhsil müəssisəsindən qazandığı illik təqaüdün məbləği 99 min ABŞ dollarından yüksəkdir.
Toğrul ötən il Bakıda keçirilən "Teknofest” yarışmasının "Yaşıl texnologiyalar” bölməsində 2-ci yer tutan "Murov” komandasının üzvü olub, BANM-də təşkil olunan Tələbə və Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında I yeri qazanıb.