ABŞ-da yerləşən Northwestern Universitetinin doktorantı Fulya Kıroğlu qara dəliklərlə bağlı işi ilə elm dünyasının gündəminə gəlib.
TehsilMedia.az xəbər verir ki, doktorant, qara dəliklər üzərində yaratdığı kompüter simulyasiyası ilə hələ də sirr olaraq qalan məşhur cisimlərin əslində ulduzları dərhal udmadığını, qara dəliklərin götürdüyü nüvələrin hər gün bir parça qopduğunu ortaya çıxarıb.
Layihənin rəhbərliyini üzərinə götürən tələbə, yaradılan modelləşdirmə və izahatın The Astrophysical Journal-da dərc olunmaq üçün qəbul edildiyini bildirib. Kıroğlu, araşdırmalarının nəticələrinin Amerika Fizika Cəmiyyətinin aprel toplantısında paylaşıldığını da sözlərinə əlavə edib.
Məşhur xəbər kanalı Sky News başda olmaqla, bir çox təşkilat Fulyanın rəhbərlik etdiyi qara dəliklərin simulyasiya layihəsi ilə bağlı videolar paylaşıb.
"Anadolu” agentliyinə danışan doktorant, layihənin işindən və əldə olunan nəticələrdən danışıb. Fulya Kıroğlu araşdırma sayəsində qara dəliklərin gələcəkdə çox daha asan tapıla biləcəyini və gələcəkdə ABŞ və ya Türkiyədəki akademiyalarda işləməyə davam etmək istədiyini bildirib.
Ölkəmizdə kosmos maarifləndirmə layihələrinə töhfə vermək istədiyini deyən Kıroğlu, Türkiyədə kosmos elminin inkişafı üçün daha çox vəsait ayrılması lazım olduğunu bildirib.
Ülkər Abdurahmanlı