Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əyyub Kərimov ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Türkiyənin Bursa Uludağ Universitetində keçirilən "Azərbaycan-Türkiyə. Bir millət, iki dövlətin yenilməzlik fəlsəfəsi” mövzusunda beynəlxalq konfransda iştirak edib. Əyyub Kərimov konfransda "Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda çıxış edib.
Bu barədə "TehsilMedia.az"a AzTU-dan məlumat verilib.
AzTU professoru həmçinin Şimali Kipr Türk Respublikasında keçirilən "İqtisadiyyat və Sosial Elmlər üzrə Doqquzuncu Beynəlxalq konfransda (E&SS 2023)” iştirak edərək "Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti və onun əsas xüsusiyyətləri” mövzusunda çıxış edib.
Çıxışlar zamanı Əyyub Kərimov ulu öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolundan, ölkənin inkişafı istiqamətində misilsiz xidmətlərindən danışıb.