SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili və humanitar fənlər mərkəzinin müəllimi Aidə Mirzəyeva Erasmus+ Mübadilə proqramı çərçivəsində Rumıniyanın Ploieşti Neft-Qaz Universitetində keçirilən "Beynəlxalq həftə"də iştirak edib.
TehsilMedia.az xəbər verir ki, ”Beynəlxalq həftə”də BANM-i təmsil edən Aidə Mirzəyeva burada təşkil edilən treyninqlərdə iştirak edib, Rumıniya universitetinin kafedra rəhbərləri və dekanları ilə görüşüb, Bakı Ali Neft Məktəbi barədə ətraflı məlumat verib.