SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olublar. Ekskursiya BANM-in Fizika Klubunun təşkilatçılığı ilə baş tutub.
TehsilMedia.az xəbər verir ki, institutun əməkdaşları akademik Yusif Məmmədəliyevin həyatı, ixtiraları haqqında tələbələrə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.
Tələbələr akademikə məxsus əşyalarla da tanış olublar.