Azərbaycan Dillər Universiteti (ADU) Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar görülən işlər çərşivəsində, "Heydər Əliyev və uşaqlar” adlı tədbir keçirilib.
ADU-dan "TehsilMedia.az"a bildirilib ki, tədbirin əsas məqsədi keçirilməsi nəzərdə tutulan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, "Heydər Əliyev və Türk dövlətləri ilə əlaqələrin istiqamətləri” adlı tələbə-şagird elmi konfransında tezislə çıxış edəcək şagirdlərin universitetlə tanışlığı olub.
Şagirdlər şəhid məzunların xatirəsini yad etdikdən sonra universiteti gəzib, kitabxanası ilə tanış olublar.
Tədbirdə ADU-nun rektorunun məsləhətçisi A. Osmanlı, Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F. Cahangirov, pedaqoji təcrübə keçən müəllimlər, tələbələr, 176 saylı tam orta məktəbin və Məktəb-Lisey Kompleksin şagirdləri iştirak ediblər.
"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”- deyən X. Əsgərova, Ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Rektor məsləhətçisi A. Osmanlı və prof. F. Canagirov uşaqları milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün H. Əliyev şəxsiyyətinə müraciət etməyi və bu dahi insanın həyatının milli örnək kimi uşaq və yeniyetmələr arasında geniş təbliğ olunması barədə məlumat veriblər.
Universitet haqqında təəssüratlarını bölüşən şagirdlər təcrübəçi elmi rəhbərlərinə təşkil edilən tədbir üçün təşəkkürlərini çatdırıb, ADU-da təhsil almağın ən böyük arzuları olduğunu dilə gətiriblər.