Aprelin 13-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası “Müstəqil Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin strategiyası” mövzusunda elmi–praktik seminar keçirilib.
Bu barədə "TehsilMedia"ya ADU-dan bildirilib.
Elmi-praktik seminarın moderatoru Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti haqqında məlumat verib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aytən Ramazanova məruzəsində Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirməsi və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə, reallaşdırılmasına xüsusi əhəmiyyət verməsi və reallaşdırması haqqında ətraflı məlumat verib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli mövzu ilə bağlı fikirlərini bildirib.
Elmi-praktik seminar məruzələr ətrafında müzakirələrlə davam edib.