"Məktəb guşəsi” təhsil portalının məzunların əmək bazarında məşğulluğunun təmin edilməsi ilə bağlı sorğusunun yekunlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) məzunları əmək bazarında ən çox iş tapan ali təhsil müəssisələrindəndir.
Bu barədə "
TehsilMedia.az"a BDU-dan bildirilib.
Virtual sorğuda ümumilikdə 3709 nəfər iştirak edib. Sorğunun keçirilməsində məqsəd universitetlərin məzunlarının sonrakı taleyi ilə maraqlanmaq və onlara müəyyən qədər yardımçı olmaqdır.