Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Biçə Əzizova ABŞ-nin Pensilvaniya ştatında yerləşən Lehigh Universitetinin Kimya mühəndisliyi ixtisasının doktorantura səviyyəsinə tam təqaüdlü qəbul olub.
Bu barədə "
TehsilMedia.az"a ali məktəbdən bildirilib.
Qeyd olunub ki, onun bu universitetdən qazandığı illik təqaüdün məbləği 82 min ABŞ dollarıdır.