Son beş ildə dövlət sifarişli yerlərə tələbə qəbulu 118 faiz artıb.
TehsilMedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən
Yaqub Piriyev media nümayəndələri ilə görüşündə məlumat verib. Onun sözlərinə görə, 91 faizdən çox tələbə dövlət sifarişli yerlərdə təhsil alacaq.
Növbəti tədris ilindən etibarən tələbələr dövlət imtahanı verməyəcək.
Yaqub Piriyevin sözlərinə görə, bu il yalnız 5 ixtisas üzrə təhsil müəassisələrini bitirənlərə dövlət yekun attestasiyası şamil olunmayacaq. Bu ildən etibarən orta təhsil müəssisələrində də yekun attestasiya imtahanı aparılmayacaq. 2022-2023 illərinin məzunları 50%-i növbəti tədris ilindən yekun atesttasiya imtahanından azad ediləcək. 2022-2023-cü il üzrə tələbə qəbulunda 8,3 % artım, dövlət sifarişli yerlərdə 8,9% artım olub.
Bildirilib ki, ilk dəfə olaraq tibb təhsili üzrə dövlət sifarişli qəbulların sayı artırılıb.
Yaqub Piriyev bildirir ki, texniki və texnoloji sahələrdə yerlər artıq dolub.
Magistratura üzrə yekun yerlərin sayı da açıqlanıb.
2023-2024-cü tədris ilində magistratura üzrə 6478 qəbul yerinin ayrılacağı praqnozlaşdırılıb. Bakalavriat üzrə dövlət sifarişli yerlərin də sayında artım müşahidə edilir. Ötən illə müqayisədə yerlər 8 % artırılaraq 27691 yerə çatdırılıb.