SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili və Humanitar fənlər Mərkəzinin baş müəllimi Validə Rzaquliyeva, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Aidə Soltanova və Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyeva Erasmus+ KA171 layihəsi çərçivəsində BANM və Türkiyənin Marmara Universitetinin birgə əməkdaşlığı nəticəsində bu ali təhsil müəssisəsində olublar.
Bu barədə "
TehsilMedia.az"a BANM-dən bildirilib.
Səfər çərçivəsində BANM-in müəllimləri Marmara Universitetinin Mühəndislik kafedrasının laboratoriyalarını gəzib, aparılan cari elmi işlər, dərsliklər, tədqiqat və innovasiya mövzuları ilə tanış olub və seminarlarda iştirak ediblər.