Valideyn himayəsindən məhrum olan və ya valideynini itirmiş tələbələrə təhsil aldığı müəssisə 50 manat və ya dərslik və ya dərs ləvazimatları almalıdır. Tələbə məzun olduqda orta əmək haqqının iki mislindən az olmamaqla birdəflik pul vəsaiti verilməlidir.
TehsilMedia.az xəbər verir ki, bu fikirləri təhsil eksperti
Adil Vəliyev səsləndirib.
Ekspert
Elçin Əfəndi deyir ki, bu məsələdə məsuliyyət universitetlərin üzərinə düşür.
Əgər valideyn himayəsindəndən məhrum şəxslərin bu hüquqlarından xəbərləri yoxdursa, universitet bu barədə onları məlumatlandırmalıdır.
Bir sıra universitetlərdən bildirildi ki, bu kateqoriyadan olan tələbələrə ödənişlər edilir.
Lakin ödəmələr bunla bitməməlidir.
DSMF-nin sözçüsü
Rəşad Mehdili bildirib ki, bu kateqoriyadan olan şəxslər ilk dəfə işə düzələn zaman müəyyən normativlər üzrə paltar, ayaqqabı və orta əməkhaqqının beş mislindən az olmayan birdəfəlik müavinətlə təmin olunur. Onların arzusu ilə bəzən pul ləvazimatları yerinə, pul konpensasiyaları ilə əvəz oluna bilər.
Əgər tələbə valideyninin birini itiribsə və digər valideyni əmək fəaliyyəti ilə məşğul olursa, bu təminatdan yararlana bilmirlər.
Bütün ali təhsil müəssisələrində bütün ödənişlərin edilməsinə Elm və Təhsil Nazirliyi nəzarət edirmi?
Məsələ ilə bağlı nazirlikdən bildirildi ki, mövcud məsələ ilə bağlı yoxlama aparılması onların səlahiyyətində deyil.