"2006-cı ildən etibarən respublika təhsil sisteminə milli kurikulum tətbiq edilmişdir. Milli kurikulumun təlim strategiyası fəal təlimdir. Təhsil prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki o asan metod və usullarla öyrəncilərə öyrənməyə imkan yaradır.
Təlim strategiyaıları dəqiq nəticə əldə etmək ücün qurulan təlim modelidir və onlar xüsüsi proqramlarla həyata keçirilir".TehsilMedia az xəbər verir ki, bunu təhsil eksperti Əli Ələkbərov deyib.
O bildirib ki, ikişaf etmiş ölkələrin təhsil müəssisələrində sınaqdan çıxarılıb vətəndaşlıq hüququ qazanmış təlim strategiyaları ölkəmizdə hələ ötən əsrin 90-cı illərindən etibarən tətbiq olunmağa başlanıb:
"Həmin dövrdə təlim strategiyaları - fəal/interaktiv təlim metodları adlanırdı. Müasir təhsil sisteminə əsasən təhsil sistemi tələbəyönümlü və şagirdyönümlü olmalıdır. Yalnız bəzi özəl universitetlər var ki, onlar təhsil sisteminin inkişafına deyil, bank hesablarının doldurulmasına xidmət edirlər".
Ekspert hesab edir ki, bu gün Azərbaycandakı bir sıra özəl ali təhsil müəssisələrinə marağın get-gedə azaldığını, münasibətin isə mənfiyə doğru dəyişib:
"Bir neçə özəl universiteti çıxmaq şərti ilə digərlərində təhsil almaq o qədər də ciddi uğur sayılmır və tələbənin gələcək karyerasına dəyəcək zərbə kimi qiymətləndirilir. Bu gedişlə dövlət universitetlərinin uğurları özəl ali təhsil müəsisələrini geridə qoyub. Bu baxımdan dövlət ali təhsil müəssisələrinin sayı artırılmalıdır".