SOCAR-ın Bakı Ali Neft Məktəbində İSO-nun dörd istiqaməti üzrə - İSO 9001:2015 - Keyfiyyətin idarə edilməsi sistemləri, İSO 14001:2015 – Ətraf mühitin idarə edilməsi sistemləri, İSO 45001:2018 – Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri, İSO 10002:2014 – Keyfiyyətin idarə edilməsi – Müştəri məmnuniyyəti beynəlxalq sertifikatları üzrə “SGS Azeri LTD” MMC tərəfindən audit yoxlaması keçirilib.
Bu barədə "
TehsilMedia.az"a BANM-dən bildirilib.
Auditin qapanış toplantısında Bakı Ali Neft Məktəbinin prorektoru Babək Məmmədov Ali Məktəbdə keyfiyyətin təmin olunmasının vacib olduğunu, sertifikatlaşdırılmaya, təkmilləşməyə hər zaman önəm verildiyini bildirib.
"SGS Azeri LTD” şirkətinin auditoru Zaur Fərzəliyev auditin uğurla başa çatdığını, BANM-də heç bir kritik uyğunsuzluğun aşkarlanmadığını və bunun yüksək göstərici olduğunu vurğulayıb.
Bakı Ali Neft Məktəbi Azərbaycan ali təhsil müəssisələri arasında İSO-nun dörd standartını tətbiq edən yeganə ali təhsil ocağıdır.