Ölkəmizdə abituriyentlərin əksəriyyəti ixtisas seçməyə məcbur edilirlər. Yalnış seçimlərin səbəbi məhz budur. Psixoloqlar bunu valideynlərin reallaşmayan arzuları ilə əlaqələndirir. Bəzi abituriyentlər bu təzyiqlərə tab gətirə bilir. Bəzi valideynlər ixtisas seçiminə müdaxiləni valideynlik vəzifəsi olaraq görürlər. Kənar müdaxilələr abituriyentlərin həyatında müəyyən fəsadlar yaradır. Bu hal abituriyentlərdə peşəni sevməmək və özgüvənsizlik yaradır. Valideyn və müəllim təzyiqi altında ixtisas seçənlər arasında sonradan ixtisası dəyişənlər də var.
TehsilMedia.az xəbər verir ki, Bu barədə müəllim
Rafiq Heybətov danışıb.
Valideynlər övladlarının hansı sahəyə meyil və maraq göstərməsini önəmsəməlidirlər. İxtisas seçimi zamanı məktəb də mühüm rol oynayır. Şagirdlərin maraq dairələri araşdırılmalı və hansı fəndən yüksək nəticə göstərirsə, o sahəyə yönəlməsi daha məqsədəuyğun hesab olunur.
Təhsil ekspertlərinin şagirdlərin əvəzinə ixtisas seçimi etməsi barədə R.Heybətov bildirib ki, şagirdlərə istiqmət vermək lazımdır.
İxtisas seçimi zamanı əmək bazarı araşdırılmalıdır. Bu ixtisas sahiblərinə, həqiqətən, ehtiyac varmı?
Bu baxımdan ixtisas seçimi üçün valideynlər və abituriyentlər üçün maarifləndirmə işləri aparılmalıdır.
TƏHSİL MEDİA