Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 8 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 31 iddiaçıya diplom və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Bu barədə "
TehsilMedia.az"a AAK-dan məlumat verilib.
Bildirilib ki, fizika, tibb elmləri, biologiya elmləri, filologiya elmləri, iqtisad elmləri və pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 27 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub.
Biologiya elmləri sahəsində zoologiya, botanika, kimya elm sahəsində üzvi kimya və aqrar elmlər sahəsində aqrokimya ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.