Rumıniyanın Babeş-Bolyai Universitetinin nümayəndə heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən "
TehsilMedia.az"a bildirilib ki, rumıniyalı qonaqlar Mirela Ioana Cimpean və Traian İonut Luca Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşları ilə görüşərək hər iki universitet arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti UNEC-in kampusu və infrastrukturu ilə tanış olublar. Onlar müəllim və tələbələr üçün yaradılan şəraiti, elektron tədris prosesinin təşkilini və kitabxanaın imkanlarını yüksək qiymətləndiriblər.