Xaricdə təhsil alan azərbaycan vətəndaşlarından dövlət qulluğunda işləmək istəyənlər var. Amma onlar Azərbaycan dilində imtahan verə bilmirlər və bunu bizə irad tuturlar.
TehsilMedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri
Məleykə Abbaszadə deyib. Bildirib ki, həmin azərbaycanlıların xarici dildə təhsil almalarını əsas səbəb kimi göstərirlər.
Məleykə Abbaszadənin sözlərinə görə, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər dövlət dilini mükəmməl bilməlidir. Ola bilsin ki, gələcəkdə dövlət dilinin yoxlanılması üçün müəyyən tədbirlər görülsün.
TƏHSİL MEDİA