"Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan uğurlu təhsil siyasəti və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) aparılan islahatlar nəticəsində müəllimlik peşəsinin nüfuzu xeyli artıb, tələbələrimizin yüksək keyfiyyətli tədris şəraiti ilə təmin olunması üçün xeyli iş görülüb".
TehsilMedia.az xəbər verir ki, bunu ADPU-nun rektoru Cəfər Cəfərov deyib.
Rektor ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universiteti ilə birgə magistr ikili diplom proqramının 2020-ci ildən uğurla həyata keçirildiyini, belə ikili diplom və mübadilə proqramlarının sayının artırılması, qabaqcıl təcrübələrin öyrənilərək tətbiq edilməsi üçün davamlı iş aparıldığını bildirib:
"Hazırda universitetdə Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris aparılır, hər il prioritet sahələr üzrə yeni ixtisaslara qəbul aparılır. Qeyd etmək yerinə düşər ki, cari tədris ilindən artıq “Türk dili və ədəbiyyatı müəllimliyi” və “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarına, magistratura səviyyəsində isə “Ali təhsilin təşkili və idarə olunması” ixtisaslaşmasına qəbul aparılacaq. Son illərdə ADPU-nu seçən abituriyentlər arasında 500 və 600 baldan yüksək nəticə göstərənlərin sayında kifayət qədər artım müşahidə olunur. Bu da artan tədris keyfiyyəti, peşəkar kollektiv, yenilənən infrastruktur, şəffaf imtahanlar və akademik dürüstlüyün təmin oldunduğu təhsil məkanı ilə birbaşa bağlıdır".