İyulun 2-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) 40 nəfər 2-ci və 3-cü kurs tələbəsi Strasburq universitetinə 2 həftəlik yay məktəbinə yola düşüblər.Bu barədə "
TehsilMedia.az"a UFAZ-dan məlumat verilib.
Bildirilib ki, yay məktəbində tələbələr intensiv fransız dili dərsləri keçəcək, müxtəlif laboratoriyalara səfər edəcək və Strasburq universiteti tərəfindən təşkil olunmuş mədəni proqramlara qatılacaqlar.
Ənənəvi olaraq, UFAZ hər il öz ixtisasları üzrə ən yaxşı nəticə göstərən tələbələrini Strasburqa göndərir. Tələbələri səfər müddətində 4 nəfər müəllim müşayət edir. Yay məktəbi iyulun 16-da başa çatacaq.