Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Cavid Rəhimli dünyanın 15 qabaqcıl universitetinə təqaüdlə qəbul olub.
BDU-dan "
TehsilMedia.az"a bildirilib ki, tələbəmiz onların arasında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universitetinin Xarici əlaqələr hüququ üzrə LL.M proqramını seçib.
O, akademik və sosial göstəricilərinə görə azsaylı tələbəyə verilən 35 min dollar miqdarında "GW Law Merit Scholarship"ə layiq görülüb.