İyulun 7-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Konqres zalında növbəti Məzun Günü tədbiri keçiriləcək.
Bu barədə "
Tehsil.biz"ə BANM-dən məlumat verilib.
Bildirilib ki, həmin gün Ali Məktəbin 2022/2023-cü tədris ili üzrə məzunlarına diplomları təqdim ediləcək.
Qeyd olunub ki, Bakı Ali Neft Məktəbi ölkədə Məzun Günündə diplomları təqdim edən yeganə ali məktəbdir.