Təhsil formalarından biri də qiyabi təhsildir.
Azərbaycan təhsil müəssisələrində əyani təhsil növünü seçən abituriyentlərlə yanaşı qiyabi təhsil növünü seçən abituriyentlərin sayı da az deyil. Ali təhsil mütəxəssisi hazırlamaq və onların ixtisasını artırmaq, həmçinin istehsalatdan ayrılmadan ali təhsil almaq imkanı verən qiyabi təhsildə tələbələrin müstəqil işi əsas təlim formasıdır. Əyani təhsildən fərqli olaraq qiyabi təhsilin tədris müddəti 5 ildir. Tədris ilinin uzanması dərs yükünün eyniləşdirilməsinə şərait yaradır. Əmək məcəlləsinə əsasən, əyani təhsil alan tələbə tədris müddətində işləyə bilmir. Lakin qiyabi təhsil alan tələbə rahatlıqla əmək fəaliyyəti ilə məşğul ola bilər.
Qiyabi təhsildə hər tədris müddəti bir aydır. Qış və yaz sessiyası olaraq ildə 2 dəfə imtahan verilir. İmtahanlar əsasən yazılı şəkildə olur. Təcrübə müddəti isə əsasən son kursda olur.