İyulun 31-dən avqustun 11-dək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə “Enerji keçidi: postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda V beynəlxalq yay məktəbi keçiriləcək.
Bu barədə "
TehsilMedia.az"a ADNSU-dan məlumat verilib.
Yay məktəbi çərçivəsində azərbaycanlı və əcnəbi tələbələrin (5 ADNSU və 10 alman tələbəsi) ölkəmizin müxtəlif mədəniyyət mərkəzlərinə və neft şirkətlərinin ofislərinə ekskursiyaları təşkil olunacaq.
Eyni zamanda, SOCAR, BP, SOFAZ, “Prosol” texnoloji şirkətin və digər qurumların əməkdaşlarının müxtəlif mövzularda məruzələri dinləniləcək. Akademik hissə ilə yanaşı, iştirakçılar üçün mədəni tədbirlərin də təşkili nəzərdə tutulub.