SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kəşfiyyatçı Geofiziklər Cəmiyyətinin üzvü və Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Ariza Puçaxova "Chevron Tələbə Liderliyi Simpoziumu” (SEG/Chevron Student Leadership Symposium (SLS) səyahət qrantını qazanıb.
TehsilMedia.az xəbər verir ki, bununla o, 27 avqust -1 sentyabr tarixində ABŞ-nin Texas ştatının Hyuston şəhərində keçiriləcək "IMAGE- 2023" (International Meeting for Applied Geoscience and Energy) konvensiyasında iştiraketmə hüququ qazanıb.
Simpozium tələbələrə "Chevron” əməkdaşları ilə birgə liderlik sessiyalarında, problem həll etmə fəaliyyətlərində iştirak edərək liderlik bacarıqlarının inkişaf etməsi, eləcə də digər komanda üzvləri ilə birgə işləmə və mədəni təcrübə mübadiləsi üçün imkan yaradır.