SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) III və IV kurslarında təhsil alan 10 tələbəsi “SOCAR Türkiyə”nin yay istehsalat təcrübəsi proqramında iştirak etmək imkanı qazanıb. Tələbələrdən 7-si kimya mühəndisliyi, 3-ü isə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alır.
Bu barədə "
TehsilMedia.az"a BANM-dən məlumat verilib.
Təcrübə proqramına seçilmiş tələbələrlə görüşdə BANM-in rektoru Elmar Qasımov onlara uğurlar arzulayaraq təcrübənin tələbələrin nəzəri biliklərinin praktika ilə güclənməsinə, istehsalat prosesi ilə tanış olaraq peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini bildirib.
Rektor “SOCAR Dovnstream” və “SOCAR Türkiyə”nin Bakı Ali Neft Məktəbinin tələbələrinə daim dəstək olduğunu, onların istehsalat təcrübəsi keçməsinə şərait yaratdıqlarını, məzunların işlə təmin olunduğunu vurğulayıb.
“SOCAR Dovnstream”in İnsan resursları və biznesə dəstək departamentinin İşə qəbul üzrə supervayzeri Ülvi Gülüşov tələbələrin təmsil etdiyi müəssisədə təcrübədə olduqları müddətdə nəticələri haqqında rəyi ali məktəb rəhbərliyinin diqqətinə çatdırıb və tələbələrə təcrübə proqramının növbəti mərhələləri haqqında məlumat verib.
“SOCAR Türkiyə”nin builki Yay təcrübə proqramı iki hissədən ibarətdir. Tələbələr proqramın birinci hissəsini “SOCAR Dovnstream”də tamamlayıblar.