Regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalar davam etdirilir.
Bu barədə "
TehsilMedia.az"a Təhsil Tələbə Krediti Fondundan bildirilib.
Tədbirdə iştirak edən Fondun İdarə heyətinin sədr müavini Bəhruz Əzimov tərəfindən təhsil tələbə kreditlərinin növləri, verilməsi qaydaları və təhsil kreditlərinə müraciət prosesləri, o cümlədən tətbiq olunan güzəştlər barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxsləri üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması məqsədilə dövlət dəstəyi əsasında aşağı faizlərlə ayrılan təhsil tələbə krediti haqqında sakinlərin maarifləndirilməsi məqsədilə keçirilən görüşlər ümumilikdə respublikanın 16 rayon və şəhərdə baş tutub.