2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 512 bal toplamış Günel Teymurlunun seçimi Mingəçevir Dövlət Universitetidir.
MDU-dan "
TehsilMedia.az"a bildirilib ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi bitirən Günel MDU-da Tarix müəllimliyi ixtisası üzrə ali təhsil alacaq.
Qeyd edək ki, Günelin atası Elçin Teymurov Birinci Qarabağ və Vətən Müharibələrinin iştirakçısıdır.