2023-2024-cü tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) magistratura səviyyəsinə qəbul 19 ixtisas və 56 ixtisaslaşma üzrə aparılıb.
UNEC-dən "
TehsilMedia.az"a bildirilib ki, qəbul olanların 360 nəfəri 70-80, 297 nəfəri 80-90, 43 nəfəri 90-100 aralığında bal toplayıb, 1 nəfər isə maksimal 100 bal toplayaraq BMDM-i seçib.
BMDM-ə qəbul olanların topladıqları balların respublika üzrə faiz göstəriciləri 70-80 bal aralığında 12.5 faiz, 80-90 bal aralığında 31 faiz, 90-100 bal aralığında 26.7 faiz, 100 balda isə 100 faiz olub.
Minimum ballar üzrə ixtisaslaşmaların say göstəriciləri 80-100 bal aralığında 16 ixtisaslaşma, 70-80 bal aralığında 35 ixtisaslaşma olaraq formalaşıb.
BMDM-də proqramlara qəbul olanların respublika üzrə faiz göstəriciləri 21-ci proqram üzrə 72.4 faiz, 20-ci proqram üzrə 39.5 faiz, 26-cı proqram üzrə 35.3 faiz olub. Ümumi qəbul faizi 99.1faizdir.
Respublika üzrə 6, 14, 19, 20, 21, 23, 26 və 53-cü proqramlarda magistraturaya qəbul zamanı ixtisaslaşmalar üzrə yüksək bal toplayanların böyük faizi BMDM-in payına düşür.