Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Bu barədə "
TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Eskişehir Texniki Universitetinin rektoru Adnan Özcan imzalayıblar. Protokol çərçivəsində təhsilalanların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 2018-ci ildə qoyulmuş Eskişehir Texniki Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Universitetdə beş fakültə, iki məktəb, dörd araşdırma mərkəzi fəaliyyət göstərir.