Qızların mühəndislik ixtisaslarına yiyələnməsi üçün Azərbaycan-Fransız Universiteti (UFAZ) uğurlu dəstək kampaniyası həyata keçirir. Bunun nəticəsi olaraq, UFAZ-da təhsil almağa maraq göstərən qızların sayı artır.
Bu barədə "
TehsilMedia.az"a UFAZ-dan məlumat verilib.
Bildirilib ki, 2023-2024-cü tədris ili üçün bakalavriat pilləsi üzrə universitetə qəbul olmuş tələbələrin 44 faizini (70 nəfər) qızlar təşkil edir. Bu nisbət kimya mühəndisliyi ixtisası üzrə 62,86 faiz, geofizika üzrə 53,33 faiz, neft və qaz mühəndisliyi üzrə 37,14 faiz, kompüter elmlərində isə 31,6 faiz təşkil edir.
UFAZ-ı bitirdikdə tələbələr ADNSU ilə yanaşı, Fransanın Strasburq Universitetinin (neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 Universitetinin) diplomlarını alacaqlar.