Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyasını açıqlanıb.
TehsilMedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslər 6 kateqoriyaya bölünür.
Bunlar məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid statusu alan şəxslər, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranlarıdır.