“UNEC-də müxtəlif istiqamətlər üzrə 42 tədqiqat mərkəzi mövcuddur”.
TehsilMedia.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov məlumat verib.
Bu gün Ədalət Muradovla 2022-ci ildə yaradılmış UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin rəhbəri Southampton universitetinin (Böyük Britaniya) professoru Kamran Məlikov arasında görüş keçirilib və növbəti tədris ilində mərkəzin fəaliyyət perspektivlərini müzakirə edilib.
Görüşdə UNEC-in elmi potensialının, dünya elm məkanında rolunun artırılması, tanınmış xarici alimlərlə səmərəli əməkdaşlığın qurulması və bütövlükdə UNEC-də elmin inkışafı ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.