Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Bu barədə "TehsilMedia.az" a universitetdən bildirilib.
Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüş zamanı AzTU-nun Avropa İttifaqının tədqiqat proqramlarında iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda Avropa İttifaqının AzTU-da universitet-sənaye işbirliyi istiqamətində görülən işlərə dəstək imkanları barədə də fikir mübadiləsi aparılıb.