UNEC-ə qəbul olan əcnəbi tələbələrlə tanışlıq görüşü keçirilib.
TehsilMedia.az xəbər verir ki, görüşdə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı əcnəbi tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. Tələbələrə UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr, sosial fəaliyyət barədə məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, UNEC-ə əcnəbi tələbələrin qəbulu davam edir. Müraciətlərin dəyərləndirilməsi sentyabrın 22-dək davam edəcək. Bu il UNEC-ə 120 əcnəbi tələbənin qəbulu gözlənilir. Müraciət edən əcnəbilərin sayı ötən illərlə müqayisədə iki dəfə çoxdur. Əcnəbilər əsasən Türkiyə, İsrail, Rusiya, Gürcüstan, Türkmənistan, İran, Pakistan, Əfqanıstan və Çin vətəndaşlarıdır. Tələbələr daha çox Rəqəmsal İqtisadiyyat fakültəsinin informasiya texnologiyaları ixtisaslarına üstünlük verirlər.