Elmi ədəbiyyatların təbliği istiqamətində layihələr reallaşdırılacaq.
TehsilMedia.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Mərkəzdə, həmçinin elmi lüğətlərin hazırlanması, populyar kitabların tərcüməsi reallaşdırılacaq, eləcə də ziyalılarla görüşlər və digər tədbirlər həyata keçiriləcək.
Deputat çıxışında elmin populyarlaşdırlıması saytının yaradılmasının vacibliyini də vurğulayıb.