Koreya Respublikası 2024–2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.
Bu barədə "
TehsilMedia.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirikib ki, bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak üçün sənədlər 6 oktyabr 2023-cü il tarixinədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim olunmalıdır.
Təqaüd proqramı barədə ətraflı məlumatIa
elan vasitəsilə tanış ola bilərsiniz.