Rumıniyanın Cluj-Napoca Texniki Universitetinin professoru Adrian Pisla ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib.
Bu barədə "
TehsilMedia.az"a universitetdən bildirilib.
Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.
Görüşdə Cluj-Napoca Texniki Universiteti ilə AzTU arasında tədris və tədqiqat sahəsində cari əməkdaşlığın vəziyyəti müzakirə edilib. Həmçinin gələcəkdə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, o cümlədən Rumıniya və Azərbaycanın tərəfdaş olduğu beynəlxalq layihələrin icrasına hər iki universitetin töhfəsi barədə fikir mübadiləsi aparılıb.