Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Tütün məmulatlarının sağlamlığa zərəri” mövzusunda maarifləndirici tədbir keçirilib.
BDU-dan "
TehsilMedia.az"a bildirilib ki, tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nəzdində 17 saylı şəhər poliklinikasının həkimi Həmidə Ələfsərova ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən, tütün məmulatlarının, siqaretin və spirtli içkinin insan sağlamlığına vurduğu zərərdən, ictimai yerlərdə siqaretdən istifadə ilə bağlı qoyulan məhdudiyyətlərdən danışıb.
Tədbirdə çıxış edənlər siqaretin zərəri, onlardan istifadənin qlobal miqyasda yaratdığı təhlükə haqqında məlumat verib, gəncləri mənfi vərdişlərdən uzaq durmağa çağırıblar.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, tələbələr təkliflərini bildiriblər.