Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionatının qalibi olub.
TehsilMedia.az xəbər verir ki, o, 11 oyunda 9,5 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
Qız şahmatçıların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva mundialın bürünc medalını qazanıb.
Xatırladaq ki, iki gün öncə rapid üzrə dünya çempionatında Gövhər Beydullayeva birinci yeri tutub. Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal qazanıb.
Qeyd edək ki, Məhəmməd Muradlı 106 nömrəli tam orta məktəbin məzunudur. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.