Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Naxçıvan" Universitetinin lisenziyası ləğv olunacaq.
TehsilMedia.az bu barədə məlumatı etibarlı mənbələrdən əldə edib.
Məlumata görə, universitetin lisenziyasının ləğvi 2024-cü ilin yanvar ayına təsadüf edəcək.
Qeyd edək ki, "Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.