Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda görüş keçirilib.
AzMİU-dan "TehsilMedia.az"a bildirilib ki, görüşdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nın sədri Şahmar Rəfili a Qərbi Azərbaycanın tarixi və mədəni irsinin araşdırılması və təbliğ olunması üçün görülən işlərdən danışıb. Ş.Rəfili universitet rəhbərliyinin tövsiyələri ilə AzMİU THİK-in nəzdində Qərbi Azərbaycan Mədəni İrsinin Araşdırılması Mərkəzi yaradıldığını vurğulayıb, burada tələbələrin müəllimlərin mümkün arxiv sənədlərinin və informasiya texnologiyalarının imkanlarından istifadə edərək müxtəlif araşdırmalar apardıqlarını, layihələr icra etdiklərini deyib.
Daha sonra layihə rəhbəri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işcisi Ramin Əlizadə çıxış edərək Qərbi Azərbaycanın tarixi və mədəni irsinin tarixi dövrləşdirməyə uyğun olaraq sistemli şəkildə araşdırılmasının əhəmiyyətini qeyd edib.
Çıxışlardan sonra “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən istehsal olunmuş “Göyçə: itirilmiş ocaq” sənədli filmi nümayiş olunub.
Sonda tədbir iştirakçılarına Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda kitablar paylanılıb.