Özbəkistan Respublikasının Elmlər Akademiyasının əməkdaşı Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda elmi ezamiyyətdə olub.
İnstitutdan
"TehsilMedia.az" a bildirilib ki, U.Arifov adına İon-plazma və lazer texnologiyaları İnstitutunun laboratoriya rəhbəri Vahobjon Kuvondikov biraylıq ezamiyyət müddətində İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyasında təcrübə keçib.
Təcrübə çərçivəsində fizika-riyaziyyat elmləri doktoru Şıxəmir Eminovun rəhbərliyi ilə günəş batareyalarında istifadə üçün ITO və TiO2-dən nazik nanostrukturlu təbəqələrin alınma texnologiyası tədqiq edilib, eksperimental qurğularla işləmə prinsipləri, həmçinin metal oksidlərinin nanostrukturlu nazik təbəqələrinin alınması üsulları öyrənilib.